“Şamaxı” klubunun əsas hücumçusu Amil Yunanov zədələnib.

29 yaşlı forvard Misli Premyer Liqasının 5-ci turu çərçivəsində baş tutan “Turan Tovuz”la oyunda (0:1) sıradan çıxıb.

Oyuna davam edə bilməyən futbolçu 18-ci dəqiqədə Kamran Quliyevlə əvəzlənib.

Təcrübəli oyunçunun son durumunu öyrənməkçün "şirlər"in mətbuat katibi Yusif Hüseynlə əlaqə saxladıq. Klub sözçüsü Offsideplus.az-a açıqlamasında Yunanovun MRT müayinəsindən keçəcəyini bildirdi:

"Amilin əzələsi dartılıb. Sabah MRT müayinəsindən keçdikdən sonra durumuna aydınlıq gələcək. Ola bilsin ki, buna həftənin birinci günü aydınlıq gələcək".

Daşqın Əziz