“Şamaxı” klubunun əsas hücumçusu Amil Yunanov zədələnib.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı forvard Premyer Liqanın 5-ci turu çərçivəsində baş tutan “Turan Tovuz”la oyunda sıradan çıxıb.

Oyuna davam edə bilməyən futbolçu 18-ci dəqiqədə Kamran Quliyevlə əvəzlənib.

Qeyd edək ki, “Şamaxı” – “Turan Tovuz” matçı qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.