"Təbii ki, bütün komandalar “Qarabağ”a qarşı başqa motivasiya ilə hazırlaşır. Şübhəsiz ki, biz də belə hazırlaşmışdıq. Futbolçular verdiyimiz tapşırıqları 100 faiz yerinə yetirə bilməsələr də, ən azı 60 faiz işin öhdəsindən gələ bildilər. Buna görə onlara minnətdaram".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Kəpəz"in məşqçisi Xaliq Mərdanov Azərbaycan Premyer Liqasının 5-ci turunda bu gün "Qarabağ"a uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Bəzi səhvlər oldu. Bu da futbolda başa düşüləndir. Gələcək oyunlarda çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Ehtiyatlı futbol oynadıq. Oyun sisteminə uyğun olaraq rəqibi əks-hücumlarda tutmalı idik. Amma rəqib bizə hücumda problemlər yaratdı. Qırmızı vərəqədən sonra daha çox çətinlik çəkdik. “Qarabağ”a qarşıdakı avrokubok oyunlarında uğurlar arzulayırıq”.(qol.az)