"Kəpəz"in baş məşqçisi səlahiyyətlərini icra edən Xaliq Mərdanov "Qarabağ"la oyundan öncə açıqlama verib. 

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis Ağdam təmsilçisinə qarşı qorxaq futbol oynamayacaqalarını bildirib: 

"Rəqib həddindən artıq güclü komandadır. Digər klublardan fərqli futbol oynayırlar, Avropa futbolu nümayiş etdirən komandadır. Biz də çalışacağıq ki, əlimizdən gələni edək, rəqibə qarşı oyun nümayiş etdirə bilək. Əlimizi-qolumuzu yanımıza sallamayacağıq. Qorxaq futbol yox, ehtiyatlı futbol oynayacayıq. Bəzi futbolçular təəssüf ki, bunları qarışdırırlar. İtkilərimiz də var. Həm zədəli, həm də cəzalı futbolçularımız bizə kömək edə bilməyəcəklər. Oyuna hazırlığımız yaxşı keçib. İlk günlər uşaqların əhval-ruhiyyəsi aşağı səviyyədə idi. Məğlubiyyətlərdən dolayı üzərlərində təzyiq vardı. Onlara motivasiya verməyə çalışdıq. İndi durumları daha yaxşıdır".

Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" matçı bu gün saat 19:00-da başlayacaq.