"Neftçi"nin ev oyunlarını keçirdiyi "Bakcell Arena"da yenilənmə işləri aparılır.

Offsideplus.az xəbər verir ki, stadionun ot örtüyü yenilənir. Klub rəhbərliyi bununla əlaqədar olaraq "Səbail"dən I dövrənin VII turu üzrə baş tutacaq oyunun stadionunun dəyişdirilməsini xahiş edib.

16 sentyabrda keçiriləcək görüş "ASCO Arena"da oynanılacaq. "Neftçi" - "Səbail" matçı isə II dövrənin XV turuna dəyişdirilib.