Avstriya millisi və "Rapid"in futbolçusu Yusuf Demirin adı "Qarabağ"la hallanır.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi 19 yaşlı vingerlə maraqlanır. Bu barədə Avstriya mətbuatı məlumat yayıb. "Qarabağ"ın Yusuf Demiri icarə əsasında heyətinə qatmaq istədiyi bildirilir.

Qeyd edək ki, 2019-cu ildən "Rapid"in əsas komandasında çıxış edən Yusuf Demir ötən mövsümü icarə əsasında "Barselona"da keçirib.