Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, millimiz “Dalğa Arena”da Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun 1:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun avqustun 30-da keçiriləcək.