Azərbaycan Birinci Divizionunda 2-ci turun oyun cədvəli açıqlanıb.

Offsideplus.az xəbər verir ki, turun 4 matçı divizionun “Youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Gəncə şəhər stadionunun ehtiyat meydançasında təmir və yenidənqurma işləri aparıldığı üçün hər iki komandanın razılıq məktubu ilə 1-ci divizionunun 2-ci turunun oyunu “Turan Tovuz-2” – “Kəpəz-2”, 17-ci turun oyunu “Kəpəz-2” – “Turan Tovuz-2” kimi qeyd olunub.

1-ci divizion, 2-ci tur
30 avqust

Zaqatala – Mingəçevir
Zaqatala OİK stadionu, 16:30

Qarabağ-2 – MOİK
Binə qəsəbə stadionu, 16:30

Neftçi-2 – Qaradağ Lökbatan
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 17:00

31 avqust

Turan Tovuz-2 – Kəpəz
Tovuz şəhər stadionu, 16:00

Şamaxı-2 – Qəbələ-2
Şamaxı şəhər stadionu, 16:30

Sumqayıt – Zirə-2
“Kapital Bank Arena”, 17:00

İmişli – Araz Naxçıvan
Saatlı OİK stadionu, 17:00