Misli Premyer Liqasının IV turu üzrə "Sumqayıt"la baş tutacaq oyundan öncə "Turan Tovuz" itki ilə üzləşib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Natan Oduva sıradan çıxıb. Futbolçu məşqdə zədələnib.

Oduva səhhətində yarandığı problemə görə "Qəbələ" ilə açılış oyununu da buraxmışdı.

Qeyd edək ki, ingiltərəli futbolçunun "Səbail"lə oyunda vurduğu qol sayəsində Tovuz təmsilçisi cari mövsüm ilk qələbəsini qazanmışdı.