Çimərlik futbolu üzrə Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb.

Offsideplus.az xəbər verir ki, İranın Yazd şəhərində avqustun 26-dək davam edəcək hazırlıq prosesində milli üç yoxlama oyunu keçirəcək. Yığma 24 və 25 avqust tarixlərində İranla daha iki yoxlama oyununda üz-üzə gələcək.

Toplanışda iştirak edən futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar:

Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov

Oyunçular:

Comərd Baxşəliyev
Elşad Manafov
Amid Nəzərov
Orxan Məmmədov
Fuad Hüseynov
Emin Mehdiyev
Kamil Hüseynov
Bayram Paşazadə
İsa Zeynalli
Hüseyn Axundov
Sabir Allahquliyev
Tural Qurbatov
Ramil Əliyev