"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Premyer Liqanın 3-cü turunda "Qəbələ" ilə matçdan sonra mətbuat konfrnasına qatılıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis 0:3 hesablı məğlubiyyəti belə şərh edib:

"Oyunla bağlı onu deyə bilərəm ki, futbolçuların fərdi səhvlərindən sonra qolları buraxdıq. Rəqibin oyununa baxıb təhlil etmişdik. Futbolçulara tapşırıqlar vermişdik və onlar bunu meydançada yerinə yetirməli idilər. Elə epizodlar oldu ki, dəqiq oynamadılar. Nəticədə qapımızda qollar gördük. Demək olmaz ki, biz tam müdafiə olunduq və ya müdafiədən çıxa bilmirdik. Hücumda da aktiv idik, epizodlar yaratdıq. Hansı ki həmin epizodları dəyərləndirə bilmədik".