“Qarabağ” Futbol Klubu özünə yeni tərəfdaş tapıb.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi ilə Türkiyənin tanınmış Liv Bona Dea Hospitalı əməkdaşlıqla bağlı razılıq əldə ediblər. Avqustun 24-ü Bakıda tərəflər arasında müqavilənin imzalanması mərasimi keçiriləcək. Bununla bağlı əlavə rəsmi məlumat veriləcək.

Qeyd edək ki, tədbir “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Çexiyada “Viktoriya”ya qarşı keçirəcəyi oyunun ertəsi gününə təsadüf edəcək.

Müqaviləyə əsasən, Liv Bona Dea Hospitalı “Qarabağ”ın əsas, əvəzedici və akademiyanın tərkibində olan komandalarına tibbi xidmət göstərəcək.(qol.az)