Bosniya və Herseqovinada təlim-məşq toplanışına başlayan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində avqustun 23-də və 25-də bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Offsideplus.az xəbər verir ki, avqustun 26-dək davam edəcək hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Sahib Həsənov, Edgar Adilxanov, Qurban Səfərov ("Şamaxı"), Rəvan Kazımov, Nurlan Musayev,  Ağadadaş Salyanski ("Neftçi"), Ayxan Süleymanlı, Məmiyev İxtiyar ("Sumqayıt"), İbrahim  Ramazanov, Samir Ağayev, Şahin Şahniyarov ("Qəbələ"), Emin Rüstəmov, Elcan Məmmədov ("Səbail"), Nuğay Rəşidov (MOİK), Musa Məmmədov, Nəriman  Axundzadə, İbrahim Ağayarov ("Qarabağ"), Firəddin Abdullayev, Nicat Quliyev ("Sabah"), Cavad Kərimov ("Kəpəz"), Mahmud Ağayev ("Zirə"), Sadiq Şəfiyev ("Turan Tovuz").