Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

“Neftçi”nin üzvü Rüfət Abbasovun əvəzinə “Sumqayıt” klubunun üzvü İxtiyar Məmiyev heyətə cəlb edilib.