"Zirə" Dimitrios Çantakiasın müqaviləsinin müddətini artırıb.

 
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə yeni 2 illik sözləşmə imzalanıb. Anlaşmaya əsasən yunanıstanlı müdafiəçi 2024-cü ilin may ayının sonuna qədər "qartallar"da oynayacaq.  
Qeyd edək ki, Çantakias 2020-ci ildən "Zirə"nin şərəfini qoruyur.