“Zirə”nin hücumçusu Filipe Paxtman paytaxt klubu ilə sözləşmə müddətini uzatmasıyla bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, ötən ayın əvvəlində 3 illik müqavilə imzalayan braziliyalı oyunçu ölkəsinin mətbuatına açıqlamasında sözügedən məsələ ilə bağlı belə deyib:  

“Karyeramı “Zirə”də davam etdirəcəyim üçün xoşbəxtəm. Burada məni çox sevirlər. Maraqlı təklif etdilər, mən də razılaşdım. İnanıram ki, bu mövsüm qarşıya qoyulan hədəflərə çatacağıq. Öz potensialımıza çox inanırıq və azarkeşlərimizə böyük sevinc bəxş etmək üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, Paxtman 2021-ci ilin yanvarından “Zirə”də çıxış edir.