"Biz daha yaxşı oynadıq. Uruqvay ən yaxşı müdafiə olunan komandalardan biridir. Buna baxmayaraq, iki qol vurduq. Qələbəyə layiq idik. Gənc heyətə sahibik. Bir çox futbolçuda sarı vərəqə var idi. Amma xoşbəxtlikdən oyunçularımın heç biri cəzalı duruma düşmədi".
Offsideplus.az xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2018-in 1/4 finalında Uruqvaya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
D.Deşam yarımfinalda hansı yığma ilə qarşılaşmaq istədikləri ilə bağlı sualı belə cavablandırıb: "Biz yarımfinala çıxdıq. Hədəflərimə çatmağı sevirəm. Hansısa rəqibi daha üstün tutmayacam. Çünki Braziliya və Belçikanın nələr edə biləcəyini gördük. Bu komandaların hər biri ilə oyuna hazırıq".(qol.az)