Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasının 2-ci turunda "Qəbələ"nin qonağı olan “Şamaxı” itki ilə üzləşib.

 "Şirlər"in qapıçısı Əkpər Vəliyev matçın 10-cu dəqiqəsində zədələnərək yerini Rəşad Əzizliyə verib.

21 yaşlı qolkiperin son durumunu öyrənməkçün bölgə təmsilçisinin mətbuat katibi Yusif Hüseynlə əlaqə saxladıq. O, Offsideplus.az-a açıqlamasında Vəliyevin durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyini bildirdi: "Hazırda vəziyyəti stabildir. Son durumu sabah tibbi yoxlanışdan sonra məlum olacaq".

Xatırladaq ki, "Şamaxı" bu görüşdə "Qəbələ"yə 1:3 hesabıyla uduzub.