Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Keşlə" 2 futbolçusu ilə müqavilə imzalayıb.

Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovun Offsideplus.az-a verdiyi məlumata görə, qəsəbə təmsilçisi Sezar Meza Kolli və Ebrima Sohna ilə razılıq əldə edib. Hər iki futbolçu ilə 1 illik rəsmi saziş imzalanıb. 

Qeyd edək ki, "Keşlə" bu gün yoxlama görüşündə Cənubi Azərbaycan təmsilçisi "Traktorsazi" klubu ilə qarşılaşacaq. 

 

İlkin Sultanlı