"Azərbaycan millisində oynamaq ehtimalım var idi. Amma bu variantı heç vaxt düşünməmişəm".

Offsideplus.az xəbər verir ki , bu sözləri "Sumqayıt"dan ayrılan Cəmaləddin Xocaniyazov "RİA Novosti"yə müsahibəsində deyib. O, Ramil Şeydayevin Azərbaycan millisini seçməsinə də münasibət bildirib: 

 "Bu, onun qərarıdır. Şeydayevə hörmət edirəm. Amma mən hələlik istəmirəm".

Qeyd edək ki, Türkmənistanda doğulmuş uyğur əsilli oyunçu həm də Rusiya vətəndaşıdır. Cəmaləddin Xocaniyazov 2019-cu ilin avqustundan "Sumqayıt"da çıxış edirdi.