“Neftçi”nin kapitanı Emin Mahmudov klubda 150-ci oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, bu, Misli Premyer Liqasının I turuna təsadüf edib.

“Şamaxı” ilə səfər görüşü paytaxt klubunun yarımmüdafiəçisi üçün yubiley xarakteri daşıyıb. İkinci hissənin gedişində meydana daxil olan Emin ağ-qara formadakı 150-ci oyununda vurduğu qolla komandasına qələbə qazandırıb – 1:0.

Qeyd edək ki, Mahmudov Premyer Liqada 118, ölkə kubokunda 12, avrokuboklarda 20 matç keçirib. O, “Neftçi”dəki 150 qarşılaşmada 32 dəfə rəqib qapısına yol tapıb.