Misli Premyer Liqasında 1-ci turun görüşləri davam edir.

Offsideplus.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçirilib. "Şamaxı" evdə "Neftçi"ni qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sumqayıt" isə "Sabah"ın qonağı olub. Bu görüşdə meydan sahibləri qalib gəlib - 3:0

Qeyd edək ki, tura sabah keçiriləcək “Turan Tovuz” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

7 avqust (bazar)

17:00. “Şamaxı” – “Neftçi” 0:1

Qol: Emin Mahmudov, 80
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
Şamaxı şəhər stadionu

19:15. “Sabah” – “Sumqayıt” 3:0

Qol: Anatoli Nuriyev, 26, Coy Lens Mikels, 53, Kristian Sebalyos, 90+5
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
“Bank Respublika Arena”

8 avqust (bazar ertəsi)

17:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli
Tovuz şəhər stadionu

6 avqust (şənbə)

“Qarabağ” – “Səbail” - 3:1

5 avqust (cümə)

“Kəpəz” – “Zirə” - 1:2