Azərbaycan Premyer Liqasında mübarizəyə start verməyə hazırlaşan "Turan Tovuz" bilet satışı ilə bağlı azarkeşlərə müraciət edib.

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisinin "Facebook" səhifəsində etdiyi paylaşımda deyilir:

Əziz “Turan Tovuz” azarkeşləri,
Bildiyiniz kimi, 9 illik həsrətdən sonra klubumuz Azərbaycan Premyer Liqasına qayıdır. Bu mövsümdə ilk oyunumuz 8 avqust, saat 17:00-da Tovuz şəhər stadionunda “Qəbələ” komandasına qarşı olacaq. Hər birinizi dəstək olmağa dəvət edirik! 

Qeyd edək ki, bütün ev oyunlarımıza giriş biletlə olacaq. Biletlərin qiyməti 101 və 102-ci sektorlara 2, 103-cü sektora isə 1 AZN təşkil edir. Biletləri 5 avsuqtdan etibarən stadionumuzun kassalarından əldə edə bilərsiniz. 

Bununla yanaşı, siz 59 AZN ödəyib mövsümi bilet əldə etməklə,“Turan Tovuz”un bütün ev oyunlarını (Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, yoldaşlıq oyunları)stadionun ən yaxşı yerlərinin birindən izləyə bilərsiniz. Mövsümi bilet əldə edən şəxslərə klubun atributları da təqdim olunacaq.