Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasının oyunlarına bir iki istisna olmaqla, demək olar ki, klublar tərəfindən bilet satışı təşkil olunmur.

Bəs görəsən, "Şamaxı"da vəziyyət necədir?

Bunu öyrənmək üçün əyalət təmsilçisinin mətbuat xidmətinin rəhbəri Yusif Hüseynlə əlaqə saxladıq. O, Offsideplus.az-a açıqlamasında mövzu barədə qısaca olaraq bunları dedi:

"Şamaxı" bilet satışını təşkil etməyi planlaşdırır. Qiymətə gəldikdə isə, yaxın günlərdə bununla bağlı açıqlama veriləcək".

Fəqan İbrahimli