Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın italiyalı hücumçu Manuel Puççuarelliyə təklif göndərdiyi barədə xəbərlər yayılıb.

İnformasiyanı İtaliya mətbuatı tirajlayıb. Məlumatda Ağdam təmsilçisinin 31 yaşlı forvarda təklif göndərdiyi qeyd olunub.

Mövzu ilə bağlı "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klubun sözçüsü Offsideplus.az-a açıqlamasında bu məlumatın həqiqəti əks etdirmədiyini söylədi:

"Bu, həqiqətə uyğun informasiya deyil. Ola bilər ki, həmin futbolçuya Azərbaycanın hansısa klubu təklif göndərib, ancaq bu, "Qarabağ" deyil".

Maraq üçün qeyd edək ki, "Empoli"nin yetirməsi olan Manuel Puççarelli "Qavorrano", "Kyevo", "Peskara" klublarında, həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin "Dibba Əl-Fucayra" komandasında da çıxış edib. O, son olaraq Avstraliya "Melburn"unun uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin!