"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi Yeqor Xvalkonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belaruslu müdafiəçi ilə bir illik müqavilə imzalanıb. 

Xvalkonun son klubu Belarus "Arsenal"ı (Zerjinsk) olub.