Yeni mövsümdən etibarən Misli Premyer Liqasının oyunlarında VAR sistemi tətbiq olunacaq.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, VAR-ın tətbiqini təsdiqləyən müvafiq sənəd FIFA tərəfindən milli assosiasiyaya göndərilib.

Belə ki, ali futbol qurumu iyulun 13-ü və 14-də sistemin texnoloji hazırlığını, 22 - 24 iyulda isə hakimlərin son qiymətləndirməsini həyata keçirib və hər iki meyarın dəyərləndirilməsi müvəffəqiyyətlə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan çempionatında yeni mövsüm avqustun 5-dən start götürəcək.

Bizi Telegramda izləyin!