"Neftçi" ilə icarə müqaviləsi sona çatan Mert Çelik yenidən komandaya geri dönüb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə ilə Türkiyənin "Başakşəhər” (İstanbul) klubuna məxsus olan 22 yaşlı müdafiəçi icarə əsasında daha 1 il komandada çıxış edəcək. O, 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Mert Çelik 2020-ci ilin sentyabrından “Neftçi”nin heyətində 38 oyun keçirib, 2 qol vurub.