"Turan Tovuz" heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi son olaraq Nepalın “Maçhindra” komandasında çıxış edən Sadiq Quliyevi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə bir illik müqavilə bağlanıb.

Qeyd edək ki, o, ölkəmizdə “Qəbələ” və “Zirə”nin də formasını geyinib.