"Xan Lənkəran"ın kapitanı Mahsun Qənbərli komandadan ayrılıb.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, futbolçu Lənkəran təmsilçisi ilə yolları ayırıb. O, 1-ci diviziona yeni vəsiqə qazanan "İmişli" ilə razılıq əldə edib. Müdafiəçi yeni mövsümün hazırlıqlarına start verən İmişli təmsilçisinin məşqlərində ilk günlərdən iştirak edir. Yaxın vaxtlarda keçidin rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, "Xəzər Lənkəran"ın yetirməsi olan Mahsun bundan öncə "Xəzər Lənkəran", AZAL, "Binə", "Ağsu Siti"də çıxış edib. Qənbərli Tailandda legioner karyerası da yaşayıb. Onun son klubu Lənkəran təmsilçisi olub.

Elsevər Muradzadə