Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün sonuncu yoxlama oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, komanda Kiprin “Nea Salamina” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, iyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan Masazır təmsilçisi daha öncə İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb. Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.