2022/23 mövsümü üçün Türkiyədə hazırlıq keçən “Sumqayıt” klubu təlim-məşq toplanışının 2-ci mərhələsini başa vurub.

 Offsideplus.az xəbər verir ki, komanda sabah axşam saatlarında Vətənə çatacaq.

Aleksey Baqanın yetirmələri bir günlük istirahətin ardından avqustun 1-də “Kapital Bank Arena”da Premyer Liqanın ilk turunun hazırlıqlarına başlayacaq.