“Turan Tovuz” klubu Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, 2022/23 mövsümü üçün hazırlıqlarını Tbilisidə davam etdirən komanda bu gün üçüncü yoxlama oyununda qüvvəsini sınayıb. Ayxan Abbasovun yetirmələri Gürcüstan yüksək liqa təmsilçisi Tbilisi "Qaqra"sı ilə üz-üzə gəlib. Ayxan Hüseynov və Natan Oduvanın qolları ilə "Turan Tovuz" meydandan 2:1 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Gürcüstan toplanışını başa vuran komanda sabah vətənə dönəcək.