"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, klub Super liqa təmsilçisi "Başakşəhər"dən Alya Tureni 1 illik icarəyə götürüb. 20 yaşlı cinah yarımmüdafiəçisi "kimyaçı"ların heyətində 37 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Alya Ture karyerası ərzində Qvineyanın "Sekvens", Türkiyənin "Başakşehir", "Akhisarspor" və Danimarkanın "Yammerbuxt" klublarında oynayıb. Ture həmçinin Qvineyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına da dəvət alıb.