Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, millinin “Şamaxı” klubu ilə oyunu 0:0 hesabı ilə nəticələnib.

Qeyd edək ki, Premyer Liqa təmsilçisi daha əvvəl "Kəpəz"lə yoxlama matçı keçirmiş və yenə qolsuz bərabərliklə meydandan ayrılmışdı.