"Səbail" Gürcüstanda təlim-məşq hazırlığı çərçivəsində bu gün ikinci yoxlama matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, Mahmud Qurbanovun baş məşqçisi olduğu komanda Gürcüstanın 2-ci liqa təmsilçisi “Qaqra”ilə üz-üzə gəlib və 2:1 hesabı ilə qələbə qazanıb.  

Qeyd edək ki, "Səbail" daha əvvəl Gürcüstanda "Dinamo"(Tiflis) ilə qarşılaşmış və 0:2 hesabı ilə məğlub olmuşdu.