2022/23 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

Offsideplus.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri 1-ci liqa təmsilçisi “Samsunspor”la üz-üzə gəlib. "The Sign Esentepe" hotelinin meydançasında baş tutan qarşılaşmada komanda 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Sumqayıt" daha əvvəl "Bandırmaspor"la keçirdiyi yoxlama oyununda heç-heçə etmişdi - 2:2.