Yeni mövsümə hazırlığı Bolqarıstanın Bansko şəhərində davam etdirən “Sabah”ın toplanış çərçivəsində qarşılaşacağı növbəti rəqib müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, komanda Kiprin yüksək liqa təmsilçisi “Akritas Xlorakas” klubu ilə üz-üzə gələcək. Görüş iyulun 26-da Bakı vaxtı ilə saat 19:30-da Banskoda baş tutacaq.

Qeyd edək ki, “Sabah” Bolqarıstan toplanışı çərçivəsində ilk yoxlama oyununu İsrailin “Hapoel” (Hadera) klubuna qarşı keçirib (0:1).