2022/23 mövsümü üçün hazırlıqlarını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" klubunun növbəti yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki,  Aleksey Baqanın yetirmələri Türkiyə 1-ci Liqa təmsilçisi "Samsunspor"la qarşılaşacaq. Çeşme bölgəsində keçiriləcək oyun iyulun 25-i Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, "Sumqayıt" Türkiyədə keçirdiyi ilk yoxlama matçında "Bandırmaspor"la 2:2 hesabı ilə bərabərə qalıb.