Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Turan Tovuz"un bu ölkədə keçirəcəyi yoxlama görüşləri üçün rəqibləri məlum olub.

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi bu gün saat 17:00-da "Merani" (Tibilisi) ilə qarşılaşacaq.  Ayxan Abbasovun komandası növbəti oyununda - 27 iyul saat 20:00-da "Dinamo" (Tibilisi), bu matçdan 2 gün sonra saat 17:00-da isə "Qaqra" (Tibilisi) ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Turan Tovuz" yeni mövsüdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq. Komanda ilk turda evdə "Qəbələ" ilə qarşılaşacaq.