Növbəti mövsümün hazırlığını Gürcüstanda davam etdirən "Səbail" burada ilk yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Mahmud Qurbanovun baş məşqçisi olduğu kollektiv "Dinamo" (Tbilisi) ilə  üz-üzə gəlib. Görüş yerli komandanın 2:0 hesablı qələbəsilə başa çatıb.

Qeyd edək ki, "Səbail" Gürcüstanda daha 2 yoxlama matçına çıxacaq. Bayıl təmsilçisi iyulun 25-də “Qaqra”, ayın 29-da isə “Dila” ilə qarşılaşacaq. Oyunların eyni saatda 18:15-də başlaması nəzərdə tutulub.