Növbəti mövsümün hazırlığının 2-ci mərhələsi üçün Gürcüstana gedən "Səbail" artıq Tibilisidədir.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Səbail" Gürcüstanda 3 yoxlama matçı keçirəcək. Mahmud Qurbanovun baş məşqçilik etdiyi komanda iyulun 22-də saat 19:00-da Tiflis “Dinamo”su ilə üz-üzə gələcək. İyulun 25-də “Qaqra” ilə qarşılaşacaq “dənizçilər”, ayın 29-da isə “Dila” ilə oyunda qüvvəsini sınayacaq. Bu  görüşlər isə eyni vaxtda 18:15-də başlayacaq.