"Turan Tovuz" heyətini Cavid Tağıyevlə gücləndirib.

 Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Turan"ın yetirməsi olan yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Vaxtilə milli komandamızın da şərəfini qorumuş 30 yaşlı futbolçu "Səbail", "Sabah", "Sumqayıt", "Zirə", "Qarabağ" və "Azal"ın da formasını geyinib.