"Sumqayıt" futbolçusu Yusif Nəbiyevlə yolları ayırıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçinin sözləşməsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, Yusif Nəbiyev 2018-ci ildən "kimyaçı"larda çıxış edirdi.