Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi məşhur türkiyəli futbolçu Alper Potuka təklif göndərib. Bu barədə xəbərlər Türkiyə mətbuatında yayılıb.

Qeyd edək ki,31 yaşlı yarımmüdafiəçi ötən mövsümü "Rizəspor"da keçirib. Türkiyə millisində 16 matça çıxmış futbolçu "Eskişehirspor", "Fənərbağça" və "Ankaragücü" kimi klublarda çıxış edib.