"Neftçi”nin  prezidenti Kamran Quliyev rusiyalı forvard Artyom Dzyuba ilə danışıqlar apardıqlarına dair çıxan xəbərlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Quliyev Rusiyanın “Sport-ekspress” qəzetinə açıqlamasında bu məsələ ilə bağlı məlumatın doğru olmadığını deyib: “Dzyuba böyük futbolçudur. Amma onun səfərinin “Neftçi”lə bir əlaqəsi yoxdur. Ola bilər ki, o, istirahətə gəlib”.

Qeyd edək ki, mənbənin iddiasına görə, rusiyalı oyunçu "Qarabağ" və ya "Nefçi" klubları ilə danışıqlar üçün Bakıya gəlib.