Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın qarşılaşacağı ilk rəqib bilinib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Masazır təmsilçisi İsrailin “Hapoel” (Hadera) klubu ilə qarşılaşacaq.

Görüş iyulun 20-də, Bakı vaxtı ilə saat 19:30-da Sofiyada yerləşən milli komandaların təlim-məşq bazasının stadionunda keçiriləcək.