Cavid İmamverdiyev “Kəpəz”dən ayrılıb.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi başa çatan müqaviləsini yeniləməyib.

O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. “Hər şey üçün təşəkkürlər" yazan futbolçu Gəncə təmsilçisi ilə vidalaşıb.

Qeyd edək ki, Cavid İmamverdiyev 2021-ci ilin yayından “Kəpəz”də çıxış edirdi.

"Neftçi"nin yetirməsi olan İmamverdiyev "Sumqayıt"da da çıxış edib.