Məşhur rusiyalı futbolçu Artyom Dzyuba Azərbaycana gəlib.

 Offsideplus.az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı hücumçu paytaxt Bakıdadır. Onun Azərbaycan Premyer Liqasında çıxış edən klublardan biri ilə danışıqlar aparmaq üçün gəldiyi ehtimal olunur.

Son olaraq "Zenit"də çıxış edən təcrübəli hücumçu hazırda azad agentdir. 

Bildirək ki, bir müddət əvvəl Türkiyə mətbuatında Dzyubanın "Fənərbağça"ya keçəcəyi barədə də xəbərlər yayılmışdı.

Daşqın Əziz