"Neftçi"nin yarımmüdafiəçisi Sezar Meza Kolli əməliyyat olunub.

 Offsideplus.az xəbər verir ki, futbolçunun vətəni Paraqvayda keçirilən xaçabənzər diz bağının əməliyyatı uğurlu keçib. Həkimlərin rəyinə görə, o, 5-6 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, "Neftçi"nin Türkiyə toplanışı zamanı Sezar Meza Kollinin dizində ağrılar yaranmışdı və Maqnit Rezonans Tomoqrafiya müayinəsindən sonra əməliyyata ehtiyac olduğu müəyyənləşmişdi.